Mənim iştirakım olmadan məhkəmə barəmdə qərar çıxara bilərmi? -

Mənim iştirakım olmadan məhkəmə barəmdə qərar çıxara bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ

05 May 2026

Sual: Mənim iştirakım olmadan məhkəmə barəmdə qərar çıxara bilərmi?

Cavab: Bəli. Mülki Prosessual Məcəlləyə əsasən məhkəmə aşağıdakı hallarda sizin iştirakınız olmadan işə baxa və yekun qərar çıxara bilər:

1. Qiyabi icraat- Məhkəmə sizi məhkəmə iclasının yeri və vaxtı haqqında xəbərdar etmişsə, siz isə məhkəmə iclasına gəlmədikdə və gəlməməyinizin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmirsə, işə qiyabi icraat qaydasında baxılır və işin yekununda qiyabi qətnamə qəbul edilir.

2. Kiçik iddialara dair sadələşmiş icraat- Mülki işlər üzrə iddianın qiyməti 5000 manatdan, kommersiya mübahisələrinə dairişlər üzrə iddianın qiyməti 10000 manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlər sadələşmiş qaydada baxılır.

3. Cavabdehin rəsmi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etmədiyi halda məhkəmə onun iştirakı olmadan iddia icraatı qaydasında da qətnamə qəbul edə bilər.                                                                                                                                                                                                            

4. Borc verənin (kreditor, bank) borcluya qarşı tələbi aşkardırsa və ya həmin tələb mütləq şəkildə borclu tərəfindən ödənilməlidirsə,bu hallarda məhkəmə tərəflərin iştirakı olmadan işə əmr icraatı qaydasında baxa və yekun olaraq məhkəmə əmri verə bilər.

Sualı cavablandırdı: Culfa rayon Prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru - Məhəmməd Əliyev