Nazirlərin may ayı üçün vətəndaş qəbulu cədvəli açıqlanıb
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" cədvəli təqdim edir:
| S/n | Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumunun rəhbəri | Qəbulun keçirildiyi şəhər, rayon | Əhatə olunan şəhər və rayonlar | Qəbulun keçirildiyi gün |
| 1 | Ədliyyə naziri Fərid Əhmədov | Şəmkir | Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax | 01 |
| 2 | Fövqəladə hallar naziri Kəmaləddin Heydərov | Xankəndi | Xankəndi, Ağdərə, Xocalı | 04 |
| 3 | Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov | Naxçıvan | Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur | 06 |
| 4 | Daxili işlər naziri Vilayət Eyvazov | İmişli | İmişli, Füzuli, Beyləqan, Xocavənd, Saatlı, Sabirabad, Kürdəmir | 07 |
| 5 | Gənclər və idman naziri Fərid Qayıbov | İmişli | İmişli, Saatlı, Sabirabad | 07 |
| 6 | İqtisadiyyat naziri Mikayıl Cabbarov | Naxçıvan | Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur | 15 |
| 7 | Kənd təsərrüfatı naziri Məcnun Məmmədov | Şuşa | Şuşa | 15 |
| 8 | Baş prokuror Kamran Əliyev | Xankəndi | Xankəndi, Ağdərə, Xocalı, Xocavənd, Şuşa | 20 |
| 9 | Energetika naziri Pərviz Şahbazov | Neftçala | Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Şirvan, Hacıqabul | 22 |
Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.








