Ramilə Seyidova növbəti dəfə istehsalat təcrübəsi keçəcək tələbələrlə görüş keçirib - FOTO
Naxçıvan Dövlət Universitetinin Sosial iş ixtisası üzrə bakalavriat pilləsində təhsil alan IV kurs tələbələri Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 27 aprel 2026-cı il tarixdə istehsalat təcrübəsinə başlayıblar.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşü giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ilk öncə təcrübə keçəcək tələbələri salamlamış, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Ramilə Seyidova qeyd etmişdir ki, Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında bağlanmış müqaviləyə əsasən, aidiyyəti tələbələrin Komitədə istehsalat təcrübəsi keçməsi nəzərdə tutulmuşdur.
Daha sonra Komitənin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, iş prinsipləri barədə məlumat verilmişdir. Təcrübəçi tələbələrin hüquq və vəzifələri onların diqqətinə çatdırılmış, onlara uğurlar arzu olunmuşdur.
Daha sonra Komitə sədrinin müavini Aytən Məmmədova və Aparatın rəhbəri Eltun Həziyev çıxış edərək tələbələrə öz fikir və tövsiyələrini bildirmiş, onların istehsalat təcrübələrində uğurlar arzulamışlar.
Qeyd edək ki, istehsalat təcrübəsi 3 iyul 2026-cı il tarixində yekunlaşacaqdır.












