Naxçıvanda hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Naxçıvan Muxtar Respublikası ərazisində aprelin 28 və 29-da bəzi yerlərdə fasilələrlə yağıntılı hava şəraiti müşahidə olunacaq. Gözlənilir ki, ayrı-ayrı ərazilərdə şimşək çaxacaq, dolu düşəcək, dağlıq zonalarda isə qar yağacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aprelin 29-u axşam saatlarından etibarən yağıntı tədricən kəsiləcək.
Qərb küləyi 5–10 m/s sürətlə əsəcək, arabir 18 m/s-dək güclənməsi ehtimal olunur. Havanın temperaturu gecə saatlarında 6–11°C, gündüz isə 14–19°C təşkil edəcək.
Əhaliyə hava şəraitini nəzərə alaraq ehtiyatlı olmaq tövsiyə edilir.








