Andrey Babiş: Azərbaycan Çex Respublikasında ən iri neft təchizatçısıdır

Andrey Babiş: Azərbaycan Çex Respublikasında ən iri neft təchizatçısıdır

27 Aprel 2026

Azərbaycan Çex Respublikasında ən iri neft təchizatçısıdır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu fikirləri Çexiyanın Baş naziri Andrey Babiş Qəbələdə Prezident İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.

"Bu gün keçirdiyimiz görüş çox xüsusi oldu. Əlbəttə, Avropa bu gün enerji haqqında danışır, çünki neftayırma zavodlarına xammal tələb olunur, müxtəlif məhsulların istehsalı üçün təbii qaz lazımdır. Azərbaycan Çex Respublikasında ən iri neft təchizatçısıdır. İdxal edilən neftin 42 faizi Azərbaycandan daxil olur", - deyə o qeyd edib.