Sahibə Qafarova: MSK yüksək səviyyədə işləyir
Mərkəzi Seçki Komissiyası yüksək səviyyədə işləyir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında deyib.
O, MSK-nın şəffaf fəaliyyətini gələcəkdə də davam etdirəcəyini vurğulayıb:
"Milli Məclis adından sizləri təbrik edirəm, hər birinizə uğurlar arzulayıram. Mən Milli Məclisdə də fikirlərimi bildirdim ki, komissiya yüksək səviyyədə işləyir. MSK-nın strukturu effektiv çalışır, Sıralarınızda cavan kadrları görürəm. Gələcəkdə də şəffaflıq və obyektivliklə fəaliyyətinizin davam edəcəyini düşünürəm".








