Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib - YENİLƏNİB
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri vəzifəsinə Məzahir Pənahovun namizədliyi irəli sürülüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumatverir ki, bununla bağlı MSK-nın bugünkü iclasında müzakirə aparılır.
İclasda Məzahir Pənahovun komissiyanın sədri seçilməsi barədə qərar səsverməyə qoyularaq, MSK üzvləri tərəfindən qəbul edilib.
Məzahir Pənahov etimada görə təşəkkürünü ifadə edib:
"Nəzərə almaq lazımdır ki, bizim tələbələrimiz öz yerində, amma yəqin ki, bir az da ciddiləşəcək. Çünki dünya siyasətinə əsasən, ölkə nə qədər güclü siyasət yürüdürsə, onu istəməyənlər də çoxalır. Bunu nəzərə alaraq işimizi qurmalıyıq".








