Naxçıvanda ekokönüllülərin iştirakı ilə növbəti ekoloji aksiya keçirilib -

Naxçıvanda ekokönüllülərin iştirakı ilə növbəti ekoloji aksiya keçirilib - FOTO

08 May 2026

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və ekokönüllülərin iştirakı ilə növbəti təmizlik aksiyası həyata keçirilib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aksiya zamanı Heydər Əliyev Su Anbarının ətraf əraziləri məişət tullantılarından təmizlənib, ümumilikdə 85 kiloqram tullantı toplanaraq ərazidən uzaqlaşdırılıb.

Aksiyada Nazirliyin əməkdaşları və gənclər fəal iştirak ediblər.

Mütəmadi təşkil olunan ekoloji aksiyaların əsas məqsədi ətraf mühitin qorunmasına ictimai diqqəti artırmaq, insanlarda təbiətə qarşı məsuliyyət hissini gücləndirmək, ərazilərin tullantılarla çirkləndirilməsinin qarşısını almaq və təmiz ətraf mühitin qorunmasına töhfə verməkdir.