Bir ildə neçə uşağa doğum şəhadətnaməsi verilib?

Bir ildə neçə uşağa doğum şəhadətnaməsi verilib?

08 May 2026

2025-ci ildə şəxsiyyət vəsiqəsi olmayan 9 uşağın doğumu qeydə alınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci il üzrə illik məlumatında öz əksini tapıb.

Hesabat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, həmin uşaqlara məhkəmə qərarları əsasında doğum haqqında şəhadətnamələr verilərək müvafiq məlumatlar Azərbaycan Əhalisinin Dövlət Reyestrinə daxil edilib.

Vurğulanıb ki, hər bir uşaq fərdi identifikasiya nömrəsi ilə təmin olunub.