Hüquqi şəxsi Məhkəmədə kimlər təmsil edə bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Hüquqi şəxsi Məhkəmədə kimlər təmsil edə bilər?
Cavab: Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən, Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.
Sualı cavablandırdı: Culfa rayon Prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru - Məhəmməd Əliyev








