Ailə vəzifələri olan işçi dedikdə kim başa düşülür? -

Ailə vəzifələri olan işçi dedikdə kim başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ

08 May 2026

Sual: Ailə vəzifələri olan işçi dedikdə kim başa düşülür?

Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən ailə vəzifələri olan işçi dedikdə tibbi rəyə əsasən qulluğa və ya köməyə ehtiyacı olan ailə üzvünə (ərinə (arvadına), valideynlərinə, övladlığa götürənlərə, uşaqlarına, o cümlədən övladlığa götürülən uşaqlara) və qəyyumluğunda (himayəsində) olan digər şəxslərə, habelə himayədar ailə (valideyn) olaraq ona verilmiş uşağa qulluq (köməklik) göstərilməsi ilə əlaqədar əmək fəaliyyətinə başlamaq, əmək funksiyasını yerinə yetirmək və ya işdə irəli çəkilmək imkanları məhdudlaşan işçi başa düşülür.

Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov.