Naxçıvanlı rəssam beynəlxalq festivalda iştirak edib -

Naxçıvanlı rəssam beynəlxalq festivalda iştirak edib - FOTO

12 May 2026

Mayın 9-dan 12-dək Türkiyənin Giresun şəhərində Beynəlxalq sulu boya rəsm festivalı təşkil olunub. Festivalda dünyanın 16 ölkəsindən 45-dən çox rəssam iştirak edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Azərbaycan festivalda 7 rəssamla təmsil olunub. Naxçıvandan isə Azərbaycan Rəssamlar İttifaqının üzvü Həbib Allahverdiyev tədbirə qatılıb.

Festival çərçivəsində iştirakçılar Giresun şəhərinin tarixi məkanları və təbiət gözəllikləri ilə tanış olub, müxtəlif etüdlər hazırlayıblar. Sonda iştirakçılar sertifikatlarla təltif olunublar.