Cinayət mühakimə icraatının vəzifələri nələrdən ibarətdir? -

Cinayət mühakimə icraatının vəzifələri nələrdən ibarətdir? - HÜQUQ MƏSLƏHƏTİ

12 May 2026

Sual: Cinayət mühakimə icraatının vəzifələri nələrdən ibarətdir?

Cavab: Cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir:

1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq;

2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq;

3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq;

4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək;

5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək;

6. hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlər tətbiq etmək.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov