Replika nədir və kimlər bu hüquqdan istifadə edə bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Replika nədir və kimlər bu hüquqdan istifadə edə bilər?
Cavab: Replika məhkəmə çıxışlarından sonra digər tərəflərin dediklərinə qısa etiraz və ya qeydlərlə cavab vermək hüququdur. Dövlət ittihamçısı, zərər çəkmiş şəxs, təqsirləndirilən şəxs və onun müdafiəçisi bir dəfə replika ilə çıxış edə bilərlər.
Sualı cavablandırdı: Ordubad rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Ülvi Hüseynov








