Aliment uşağın hesabına köçürülə bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Məhkəmə alimentin uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxara bilərmi?
Cavab: Bəli. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55-ci maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar qəbul edə bilər.
Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Nazlı İsmayılzadə








