Gömrük orqanları tərəfindən sənədlər nə qədər müddətə saxlanıla bilər? -

Gömrük orqanları tərəfindən sənədlər nə qədər müddətə saxlanıla bilər? - HÜQUQ MƏSLƏHƏTİ

14 May 2026

Sual: Gömrük orqanları tərəfindən sənədlər və məlumatlar nə qədər müddətə götürülüb saxlanıla bilər?

Cavab: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 73-ci maddəsinə əsasən qanunla başqa müddət müəyyən edilmədikdə, gömrük orqanlarının vəzifəli şəxsləri Gömrük Məcəlləsinə və gömrük işi üzrə digər qanunvericilik aktlarına uyğun olaraq şəxs tərəfindən təqdim edilməsi tələb olunan sənəd və məlumatları 1(bir) günədək müddətə götürüb saxlamaq hüququna malikdirlər.

Sualı cavablandırdı:  Şahbuz  rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas - Yaqub Salamzadə