Naxçıvanda yazlıq əkin sahələri 14 faizdən çox artıb

Naxçıvanda yazlıq əkin sahələri 14 faizdən çox artıb

22 May 2026

Naxçıvanda 2026-cı il mayın 1-i vəziyyətinə 3326,5 hektar sahədə yazlıq əkin həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı  Yasin İsmayılovun "NAXÇIVANXƏBƏRLƏRİ"-nə açıqlamasına görə, əkilən sahələrin 1208,7 hektarını dənli və dənli paxlalı bitkilər, 384,8 hektarını dən üçün qarğıdalı, 0,8 hektarını sarıçiçək, 14 hektarını tütün, 580,8 hektarını kartof, 116,9 hektarını tərəvəz, 159,1 hektarını bostan bitkiləri, 861,4 hektarını isə yemlik bitkilər təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yazlıq əkinlərin sahəsində 14,1 faiz artım qeydə alınıb.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov