Naxçıvan Dövlət Universiteti WUF 13 çərçivəsində uğurla təmsil olunub

Naxçıvan Dövlət Universiteti WUF 13 çərçivəsində uğurla təmsil olunub

22 May 2026

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev “Ağıllı şəhər və ağıllı kənd” startap festivalında çıxışı zamanı bildirib ki, universitet dünyanın nüfuzlu platformalarından biri olan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF 13) çərçivəsində uğurla təmsil olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, rektor qeyd edib ki, 2026-cı ildə WUF 13-ün Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq urbanizasiya proseslərində artan rolunun və ölkəyə göstərilən yüksək etimadın göstəricisidir.

Elbrus İsayev bildirib ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Ağıllı şəhər və ağıllı kənd” startap festivalında gənclərin fəallığı xüsusi diqqət çəkir.

Rektor vurğulayıb ki, festival böyük əhəmiyyət daşıyır və “ağıllı şəhər”, “ağıllı kənd” yanaşmaları texnologiyanın həyatın bütün sahələrinə inteqrasiyasını sürətləndirir.

Elbrus İsayev qeyd edib ki, Naxçıvan Dövlət Universiteti tələbələrinin festivalda fəal iştirakı ali təhsil müəssisəsində innovasiya, rəqəmsal düşüncə və startap mədəniyyətinin formalaşdığını göstərir. Onun sözlərinə görə, universitetdə gənclərin müasir texnologiyalar sahəsində bilik və bacarıqlarının inkişafına xüsusi önəm verilir.