Kimlər yalan məlumat verdiyinə görə cəzalandırıla bilər?

Kimlər yalan məlumat verdiyinə görə cəzalandırıla bilər?

22 May 2026

Azərbaycanda yaşıllıqların mühafizəsi ilə bağlı qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilməsi nəzərdə tutulub.

Məcəlləyə təklif olunan yeni maddəyə görə, barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsinə görə fiziki şəxslər 500 manat miqdarında, vəzifəli şəxslər 3 000 manat miqdarında, hüquqi şəxslər 5 000 manat miqdarında cərimə ediləcək.

Qeyd edək ki, dəyişiklik layihəsi parlamentin mayın 26-da keçiriləcək plenar iclasında müzakirə olunacaq.