Əlillər üçün ayrılmış parklanma yerlərinin qanunsuz tutulması məsuliyyət yaradır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanması məsuliyyətə səbəb olurmu?
Cavab: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsinə görə əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanması inzibati xətadır və bu inzibati xətanı törədən şəxs 60 manat məbləğində cərimə edilməlidir.
Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Nazlı İsmayılzadə








