Valideynlərə köməkdən qəsdən boyun qaçırmaya görə hüquqi məsuliyyət... HÜQUQ MƏSLƏHƏTİ
Sual: Valideynlərə kömək göstərməkdən qəsdən boyun qaçırmağa görə qanunvericilikdə hansı növ məsuliyyət nəzərdə tutulmuşdur?
Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 190-cı madddəsinə əsasən yetkinlik yaşına çatmış şəxslərin əmək qabiliyyəti olmayan valideynlərini saxlamaqdan və onlara baxmaqdan qəsdən boyun qaçırmasına görə, xəbərdarlıq edilir və ya altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.
Sualı cavablandırdı: Kəngərli rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Şahmar Həşimov








