İctimai işlər cəzası nədir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: İctimai işlər cəzası nədir və hansı müddətə təyin edilə bilər?
Cavab: İctimai işlər cəzası məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. İctimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz.
Sualı cavablandırdı: Babək rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Nəriman Vəliyev








