İlham Əliyev: WUF13-dən COP29-da olduğu kimi uğurlu nəticələr gözləyirik
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) nəticələrinin 2024-cü ildə Bakıda keçirilmiş COP29 kimi uğurlu olacağını gözləyirik.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda forumun açılış mərasimində bildirib.
Dövlət başçısı WUF13-ün bütün iştirakçılarını salamlayıb və foruma uğurlar arzulayıb.
"Bu, il yarım əvvəl baş tutmuş COP29-dan sonra Azərbaycanda indiyədək keçirilmiş ikinci böyük beynəlxalq tədbirdir. Və mən ümid edirəm ki, WUF13-ün nəticələri də COP29-un nəticələri qədər uğurlu olacaq", - o bildirib.








