İlham Əliyev: WUF13-də 45 mindən çox şəxs qeydiyyatdan keçib
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) 45 mindən çox şəxs qeydiyyatdan keçib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev WUF13-ün rəsmi açılış mərasimində bildirib.
Dövlət başçısının sözlərinə görə, WUF13 Azərbaycanda COP29-dan sonra ikinci böyük tədbirdir.
"Ümumdünya Şəhərsalma Forumunun bütün iştirakçılarını Bakıda salamlayır və Foruma uğurlar arzulayıram. Çox güman ki, bizdə qeydiyyatdan keçmiş iştirakçıların sayı rekord həddədir. Bu gün səhər mənə məlumat veriblər ki, 182 ölkədən 45 mindən çox qeydiyyatdan keçmiş iştirakçımız var".
Onun sözlərinə görə, Azərbaycanı ilk dəfə ziyarət edən qonaqlar ölkəmizi daha yaxından tanımaq və Azərbaycanda şəhərsalma sahəsində görülən işləri öz gözləri ilə görmək imkanı əldə edəcəklər.








