İlham Əliyev: Azərbaycan tarixi abidələri və mədəni irsi ilə məşhur olan şəhərlərlə zəngindir

İlham Əliyev: Azərbaycan tarixi abidələri və mədəni irsi ilə məşhur olan şəhərlərlə zəngindir

18 May 2026

Azərbaycan tarixi abidələri və mədəni irsi ilə məşhur olan şəhərlərlə zəngindir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev WUF13-ün rəsmi açılış mərasimində bildirib.

"Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və həmişə Şərqlə Qərbin qovuşduğu məkan olub və belə də qalır. Bu, ölkəmizin memarlığında da öz əksini tapır. Əgər siz İçərişəhərin qədim divarları daxilində gəzib, sadəcə küçəni keçsəniz, özünüzü əvvəllər daha qısa olan indi isə 15 kilometrdən çox dənizkənarı gəzinti zonasını təşkil edən Bakı bulvarının tamamilə müasir məkanında tapacaqsınız. Yaxınlıqda isə avropalı memarlar tərəfindən layihələndirilmiş və inşa edilmiş XIX əsrə aid binalar yerləşir", - Prezident qeyd edib.