Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur

Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur

19 May 2026

Azərbaycan və Gürcüstan mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı razılıq Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində əldə olunub.