Azərbaycan və Gürcüstan arasında  mühüm sazişlər imzalanıb

Azərbaycan və Gürcüstan arasında mühüm sazişlər imzalanıb

18 May 2026

Azərbaycan Prezident İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə iki ölkənin hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş imzalanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bundan başqa iki ölkənin hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş və "Bakı–Tbilisi–Qars" yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda–Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalanıb.