Naxçıvanda iyun ayı üzrə vətəndaş qəbullarının qrafiki açıqlanıb

Naxçıvanda iyun ayı üzrə vətəndaş qəbullarının qrafiki açıqlanıb

18 May 2026

Naxçıvan Muxtar Respublikasında vətəndaş müraciətlərinin yerində və operativ şəkildə dinlənilməsi məqsədilə 2026-cı ilin iyun ayında mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaş qəbulları təşkil olunacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul günlərində cədvəldə qeyd olunan sahələr üzrə məsul şəxslər vətəndaşların müraciətlərini dinləyəcək, qaldırılan məsələlərin operativ həlli istiqamətində müvafiq tədbirlər görüləcək.

Qəbul tədbirləri müəyyən edilmiş günlərdə saat 11:00-da başlayacaq. Qəbul qrafiki ilə vətəndaşlar əvvəlcədən tanış olaraq onları maraqlandıran məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edə bilərlər.

https://www.instagram.com/naxcivanxeberleri.az/p/DYfKacQiHUE/