Cinayət təqibi orqanına hər hansı köməklik göstərməlidirmi? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Hadisəni görən şəxs cinayət törətmiş şəxsi tutub saxlaya bilərmi yaxud cinayət təqibi orqanına hər hansı köməklik göstərməlidirmi?
Cavab: Cinayət baş verdikdə və ya cinayət baş verdikdən bilavasitə sonra onu törətmiş şəxs gizlənməyə cəhd göstərdikdə, hadisəni görən şəxs onun yaxalanması üçün şəxsin tutulmasında cinayət təqibi orqanına kömək göstərə bilər, o cümlədən:
1. müqavimət göstərdikdə cinayət törətmiş şəxsin əl-ayağını bağlaya bilər;
2. cinayət törətmiş şəxsin üstündə silah və ya başqa təhlükəli alətin, yaxud cinayət işi üzrə əhəmiyyət kəsb edən digər əşyaların olmasını ehtimal etdikdə onun üstünü yoxlayaraq bu əşyaları cinayət təqibi orqanına təqdim etmək üçün götürə bilər.
Cinayət təqibi orqanının əməkdaşı olmadıqda, cinayəti törətmiş şəxsi yaxalayan dərhal polis çağırmalı, bunu etmək mümkün olmadıqda isə tutulmuş şəxsi təxirə salınmadan məcburi qaydada polisə çatdırmalıdır.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








