İşəgötürənin daxili intizam qaydaları qəbul etmək səlahiyyəti... HÜQUQ MƏSLƏHƏTİ
Sual: İşəgötürən əmək intizamının təmin olunması məqsədi ilə daxili intizam qaydaları qəbul edə bilərmi?
Cavab:
1. İşəgötürən əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə daxili intizam qaydaları qəbul edə bilər.
2. Müəssisələr birliyinin nizamnaməsində nəzərdə tutulmuş hallarda daxili intizam qaydaları birliyin müvafiq idarəetmə orqanı tərəfindən həmin birliyə daxil olan müəssisələr üçün də qəbul edilə bilər.
3. Daxili intizam qaydaları Əmək Məcəlləsinə, habelə əmək qanunvericiliyi üzrə digər normativ hüquqi aktlara uyğun tərtib edilməlidir. Bu normativ hüquqi aktlara zidd olan daxili intizam qaydalarının müvafiq müddəaları və onların tətbiqinin hüquqi nəticələri etibarsız hesab edilir.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








