Əlilliyi olan işçilərin gecə işinə cəlb edilməsinin şərtləri...

Əlilliyi olan işçilərin gecə işinə cəlb edilməsinin şərtləri... HÜQUQ MƏSLƏHƏTİ

19 May 2026

Sual: Əlilliyi olan işçilər gecə vaxtı yerinə yetirilən işlərə hansı halda cəlb edilə bilərlər?

Cavab: Əlilliyi olan işçilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov