WUF13-də "Təhlükəsiz qayıdış üçün ağıllı, dayanıqlı yaşayış məskənləri" təşəbbüsü təqdim olunub
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) "Qeyri-sabit və münaqişələrdən zərər çəkmiş ərazilərdə şəhər həlləri vasitəsilə iqlimə müsbət təsir" mövzusunda panel sessiyası başlayıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müzakirələr ilkin olaraq "Təhlükəsiz qayıdış üçün ağıllı, dayanıqlı yaşayış məskənləri" (4SRP) adlandırılan həllər paketinin təqdimatına həsr edilib.
Təşəbbüs münaqişələrdən və iqlim dəyişikliyindən zərər çəkmiş regionlarda iqlim dayanıqlığını, təhlükəsizliyi və dinc inkişafa dəstəyi özündə birləşdirən şəhərlərin bərpasına dair kompleks yanaşmaların təşviqinə yönəlib.
Sessiya çərçivəsində bu həllər paketinin WUF13 platformasında müzakirə edilməsi, iqlim və münaqişə çağırışları şəraitində şəhərlərin bərpası üzrə kompleks modellər barədə məlumatlılığın artırılması planlaşdırılır.
Bundan əlavə, təşəbbüsün daha da təkmilləşdirilməsi üçün maraqlı tərəflərdən ilkin rəylərin alınması və təklif olunan həllərin işlənib hazırlanması üzrə məsləhətləşmələrin davam etdirilməsi barədə razılığın əldə olunması gözlənilir.








