Əmək müqaviləsinə hansı əsaslara görə xitam verilə bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Əmək müqaviləsinə hansı əsaslara görə xitam verilə bilər?
Cavab: Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:
a) tərəflərdən birinin təşəbbüsü;
b) əmək müqaviləsinin müddətinin qurtarması;
c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (Əmək Məcəlləsinin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər);
d) tərəflərin iradəsindən asılı olmayan hallar;
e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








