Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

20 May 2026

Xəzər dənizində zəlzələ baş verib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 20:45-də 3,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 32 kilometr dərinlikdə yerləşib.