İnsan alveri ilə bağlı məsuliyyətə cəlb edilənlərin sayı məlum olub

İnsan alveri ilə bağlı məsuliyyətə cəlb edilənlərin sayı məlum olub

08 May 2026

2025-ci ildə məhkəmələr tərəfindən 14 insan alverçisi (2-si keçmiş illərdən olmaqla) azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı məsələ İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.

Hesabat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, məhkumlardan 4-ü kişi, 10-u qadındır.

Vurğulanıb ki, 2025-ci ildə insan alveri, seksual xarakterli hərəkətlərə məcbur etmə, uşaq pornoqrafiyasının dövriyyəsi, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma, fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlamaya görə yerli axtarışda olan 31 təqsirləndirilən şəxsdən 15-i, o cümlədən 3 insan alverçisi tutulub.