Culfa rayonunda kanalda qadın meyiti aşkarlanıb
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa rayonunun Yaycı kəndi ərazisində kanalda meyit aşkarlanması barədə məlumat daxil olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" bildirir ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində kanalda aşkar olunan qadın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.








