Ötən həftə nə qədər yanğın baş verib?

Ötən həftə nə qədər yanğın baş verib?

27 Aprel 2026

Ötən həftə 136 yanğına çıxış olub.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən həftə ərzində 136 yanğına çıxış, 38 halda köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 48 nəfər xilas edilib, 9 nəfərin meyiti təhvil verilib.