Naxçıvanda müəllimlərin sertifikatlaşdırılması üzrə II mərhələnin test imtahanları başladı -

Naxçıvanda müəllimlərin sertifikatlaşdırılması üzrə II mərhələnin test imtahanları başladı - FOTO

02 May 2026

Bu gündən Naxçıvan Muxtar Respublikasında  dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə test imtahanlarına başlanılıb.

️"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov İmtahan Mərkəzlərində imtahan prosesinin təşkili yaxından  tanış olub, təhsilverənlərə uğurlar arzulayıb.

Qeyd edək ki,  test imtahanının Sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilk gününə  alman, fransız, ingilis, rus dillərini, həmçinin Azərbaycan dili, Azərbaycan dili və Ədəbiyyatı, İnformatika fənləri üzrə tədris aparan təhsilverənlər cəlb olunacaq.

️Test imtahanı Naxçıvan şəhər  4, 11 nömrəli tam orta məktəbdə və Naxçıvan Dövlət Peşə Təhsil  Mərkəzində yaradılan imtahan mərkəzlərində təşkil olunub.  

Test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra iştirakçıya elan edilir.

Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqdır.

Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcəkdir.

️Sertifikatlaşdırmada iştirak edən bütün müəllimlərə uğurlar arzulayırıq!