Naxçıvanda rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib -

Naxçıvanda rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib - YENİLƏNİB

03 May 2026

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) birinci cəhdi keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, imtahanın keçirilməsi üçün, ümumilikdə 7 bina, 19 imtahan rəhbəri, 7 ümumi imtahan rəhbəri, 152 nəzarətçi, 19 buraxılış rejimi əməkdaşı (mühafizə) və 7 bina nümayəndəsi ayrılıb.

Mayın 4-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq.

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.