Azərbaycanda sığortaolunanların sayı 31 min nəfərdən çox artıb

Azərbaycanda sığortaolunanların sayı 31 min nəfərdən çox artıb

03 May 2026

Bu ilin yanvar-mart ayları ərzində fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 31 min nəfərdən çox artıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Məlumata görə, 2026-cı ilin 1 aprel tarixinə uçota alınmış sığortaolunanların sayı 5,3 milyon nəfərdən çox olub.