Culfada kanaldan cəsədi tapılan şəxsin kimliyi məlum olub
Culfa rayonunun Yaycı kəndi ərazisindən keçən kanalda cəsəd aşkarlanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, cəsəd Ordubad rayon Baş dizə kənd sakini, 1957-ci il təvəllüdlü Rəbahət Əsəd qızı Bayramovaya məxsusdur.
Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, cəsəd FHN-in xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.








