Bu ilin 3 ayı ərzində 43 piyadanı avtomobil vurub

Bu ilin 3 ayı ərzində 43 piyadanı avtomobil vurub

02 May 2026

Bu ilin 3 ayı ərzində paytaxt yollarında qeydə alınan 68 yol-nəqliyyat hadisəsinin 43 piyada vurulması ilə bağlı olub.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, nəticədə 21 piyada ölüb, 22-i isə xəsarət alıb.