Şahin Bağırov Naxçıvan Muxtar Respublikasına səfər edib - FOTO
Mayın 6-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov Naxçıvan Muxtar Respublikasına səfər edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.









