Yanvar-sentyabrda 37 613 uşağa reabilitasiya xidmətləri göstərilib

Yanvar-sentyabrda 37 613 uşağa reabilitasiya xidmətləri göstərilib

24 Oktyabr 2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin reabilitasiya müəssisələrində bu ilin yanvar-sentyabr aylarında 37 613 uşağa xidmətlər göstərilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, onlardan əlilliyi olan 1746 uşaq stasionar, 22 457 uşaq ambulator, digərləri icma əsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyaya aid uşaqlar Agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.