Naxçıvanda tanınmış həkim Abdulla Babayev vəfat edib

Naxçıvanda tanınmış həkim Abdulla Babayev vəfat edib

06 May 2026

Naxçıvan Muxtar Respublikasının səhiyyə ictimaiyyətinə ağır itki üz verib. Uzun illər səhiyyə sahəsində səmərəli fəaliyyət göstərmiş, ixtisaslı həkim-infeksionist Abdulla Babayev vəfat edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi mərhumun vəfatından kədərləndiklərini bildirərək, onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.

Qeyd edək ki, Abdulla Babayev səhiyyə sahəsində uzunmüddətli fəaliyyəti ilə yadda qalıb, infeksion xəstəliklərlə mübarizədə mühüm xidmətlər göstərib.

Allah rəhmət eləsin!