WUF13-ə onlayn qeydiyyat bərpa edilib

WUF13-ə onlayn qeydiyyat bərpa edilib

20 May 2026

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) onlayn qeydiyyat bərpa edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, bu qərar çoxsaylı müraciətlər nəzərə alınmaqla qeydiyyat prosesini sürətləndirmək məqsədilə verilib.

Məlumatda tədbirə gəlməzdən əvvəl onlayn qeydiyyatdan keçmə tövsiyə olunub.