Naxçıvan şəhərinin mərkəzindəki "Böyük bağ"da abadlaşdırma işləri aparılacaq
Naxçıvan Şəhər İcra Hakimiyyəti şəhərin mərkəzində yerləşən tarixi Böyük Bağın abadlaşdırılması üçün müsabiqə elan edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə dövlət satınalmalarının həyata keçirildiyi vahid internet portalına istinadla xəbər verir.
Satınalma prosesini Naxçıvan Şəhər İcra Hakimiyyəti həyata keçirir.
Böyük Bağ şəhər sakinlərinin istirahət etdiyi əsas yaşıl məkanlardandir. Abadlaşdırma işlərinin tamamlanması ilə bağın görünüşünün və infrastrukturunun əhəmiyyətli dərəcədə yaxşılaşacağı gözlənilir.








