Məcid Seyidov dünya kubokunda uğur qazanan idmançılarla görüşüb -

Məcid Seyidov dünya kubokunda uğur qazanan idmançılarla görüşüb - FOTO

20 May 2026

Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Məcid Seyidov “Ləvənt Bulut” döyüş klubunu ziyarət edərək məşqçi və idmançılarla görüşüb. Nazir müavini həmçinin zalda yaradılan şəraitlə tanış olub, məşq prosesini izləyib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, baş məşqçi Etibar Qəribov fəaliyyət barədə ətraflı məlumat verərək bildirib ki, klubda müxtəlif yaş qrupları üzrə idmançıların hazırlığı həyata keçirilir, beynəlxalq yarışlara hazırlıq davam etdirilir.

Məcid Seyidov idmançıların beynəlxalq arenada əldə etdikləri nəticələri yüksək qiymətləndirərək məşqçi və idmançıları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb. Görüşdə ölkədə idmanın inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinin gənclərin idmana marağının artırılmasına və yeni nailiyyətlərin qazanılmasına mühüm töhfə verdiyi vurğulanıb.

Xatırladaq ki, Türkiyənin Antalya şəhərində keçirilən “Turkish Open WAKO World Cup” turnirində “Ləvənt Bulut” döyüş klubunun idmançılarından Uğur Əliyev gənclər arasında K1 stili üzrə qızıl medalçı kimi dünya kubokunun qalibi olub, Nurlan Rzayev isə bürünc medal qazanıb.