Naxçıvandan olan idman hakimi Avropa çempionatında

Naxçıvandan olan idman hakimi Avropa çempionatında

22 May 2026

Bolqarıstanın Samokov şəhərində güləş üzrə növbəti 15 və 17 yaşadək güləşçilərin Avropa çempionatı keçirilir. Yarışda ölkəmizi hər 3 güləş növü üzrə millimizin üzvləri təmsil edir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, U15 Avropa çempionatında beynəlxalq dərəcəli hakimlərimiz Sevinc Yusibova və Samil Fəttayevlə yanaşı, Naxçıvan Şəhər Uşaq-Gənclər və İdman Məktəbinin müəllimi, milli kateqoriyalı Nihad Muradov da ədaləti qoruyanlar sırasındadır.

Qeyd edək ki, karyerasında ilk dəfə belə bir nüfuzlu turnirdə iştirak şansı qazanan Nihad Muradov 6 ilə yaxındır ki, milli kateqoriyalı hakim kimi fəaliyyət göstərir, Azərbaycan çempionatları və birinciliklərinin görüşlərində ədalət təmsilçisi kimi çıxış edir.