Azərbaycan avarçəkəni Azər İlyasov Almaniyada keçiriləcək Avropa çempionatında iştirak edəcək
Almaniyanın Brandenburq şəhərində keçiriləcək 19 yaşadək avarçəkənlərin Avropa çempionatında Azərbaycanı bir idmançı təmsil edəcək.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.
Turnirdə Azər İlyasov mübarizə aparacaq. Gənc avaçəkən artıq sözügedən ölkəyə yollanıb.
Xatırladaq ki, Avropa çempionatı mayın 23-24-də təşkil olunacaq.








